
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 25 iyul tarixli son məlumatına əsasən, Prezident Donald Trampın fevral ayında İrana hücum əmri verməsindən bəri azı 624 ABŞ hərbçisi yaralanıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, ABŞ və İran aprel ayında Anlaşma Memorandumu imzalasalar da, hər iki tərəfdən hücumlar davam etməkdədir.
Belə ki, yaralananlardan 417-si İrana qarşı ilkin zərbələri əhatə edən "Epic Fury" əməliyyatının, 207-si isə "Uzaq dənizlərdə əməliyyat"ın qurbanıdır.
Pentaqonun Hərbi İtkilərin Təhlili Sistemi ilkin məlumatlara görə, əməliyyat üzrə ölənlərin sayınının 18, yaralıların sayının isə 482 olduğunu qeyd edib. Lakin daha sonra bu adlardan dördü siyahıdan çıxarılıb və ölənlərin sayının 14 olduğu bildirilib.
İyulun ortalarından etibarən ABŞ İranın hərbi infrastrukturuna zərbələr endirib, İran qüvvələri isə qonşu ölkələrdəki Amerika bazalarına ardıcıl 13 gecə ərzində atəş açıb.
Hər iki tərəf iyulun 25-dən etibarən hərbi əməliyyatları dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz