FIFA Dünya Kubokunun ən yaxşı qolunu seçdi – Video


Kabo-Verde millisinin müdafiəçisi Sidni Lopes Kabralın 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Argentinaya qarşı oyunda vurduğu qol turnirin ən yaxşı qolu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Kabralın 103-cü dəqiqədə vurduğu qol sayəsində Kabo-Verde komandası hesabı bərabərləşdirməyi bacarıb - 2:2. Lakin komanda əlavə vaxtda argentinalılara məğlub olub (2:3).
Ən yaxşı qol adı uğrunda yarışda Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov ikinci, Haiti millisinin hücumçusu Vilson İsidor isə üçüncü yeri tutub.
Turnir 19 iyulda başa çatıb. İspaniya finalda Argentinanı əlavə vaxtda 1-0 hesabı ilə məğlub edərək qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top