“Apple” yenidən dünyanın ən bahalı şirkəti oldu


Amerikanın “Apple” korporasiyası ticarət məlumatlarına görə, bazar kapitallaşması baxımından “Nvidia”nı geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Qlobal bazar kapitallaşması reytinqindəki dəyişiklik “Apple” səhmlərinin artması və “Nvidia” səhmlərinin azalması sayəsində mümkün olub.
Bakı vaxtı ilə saat 01:32-yə olan məlumata görə, “Nasdaq” birjasında “Apple” səhmləri 1,17% artaraq, 336,91 dollara çatıb. “Nvidia” səhmləri isə 4,99% azalaraq, 196,51 dollara düşüb.
“Apple” şirkətinin bazar kapitallaşması 4,95 trilyon dollar, “Nvidia” şirkətinin bazar kapitallaşması isə 4,76 trilyon dollar olub.
İlk beşliyə həmçinin “Google”a məxsus “Alphabet” (4 trilyon dollar), “Microsoft” (2,89 trilyon dollar) və “Amazon” (2,49 trilyon dollar) şirkətləri daxil olub.
Qeyd edək ki, iyulun 17-də də “Apple” bazar kapitallaşmasında “Nvidia”nı keçib. Lakin onun liderliyi 24 saatdan az davam edib.
“Business Insider”in məlumatına görə, “Apple”ın bazar kapitallaşması üzrə birinci yerə yüksəlməsi texnologiya sektorundan investisiya axını, xüsusən də “Nvidia”nın səhm qiymətinin düşməsi ilə əlaqədardır.

DİGƏR XƏBƏRLƏR

Top