Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? − Video


Bakıda, çimərlik ərazidə çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı iddia edilir.
Yeniavaz.com
xezerxeber.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində çimərliyə kanalizasiya sularının axıdılmasını əks etdirən görüntülər yayılıb.
Sakinlərin sözlərinə görə, çirkab suların boru vasitəsilə dənizə töküldüyü həmin əraizdə insanlar çimir.
Bəzi sakinlərin sözlərinə görə isə, həmin borudan sadəcə qrunt suları axıdılır.
Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, həmin ərazidə axıdılan su tullantı suyu və ya kanalizasiya mənşəli su deyil, sözügedən qəsəbə ərazisində formalaşan qrunt sularıdır.
Qeyd edilib ki, paylaşılan videomateriallar əvvəlki dövrə məxsusdur. Hazırda sözügedən axarın torpaq məcralı hissəsi ləğv edilərək boru vasitəsi ilə birbaşa dənizə daxil edilib.
Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top