
İstanbul məhkəməsi fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı prokurorluğun açdığı iş çərçivəsində “Ahbap” xeyriyyə fondu üçün xarici idarəetmə təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, məhkəmə qərarı əsasında, təşkilatın bütün daşınmaz əmlakı bu idarəetməyə verilib və fondun ləğv prosesi başladılıb.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun “Ahbap” Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində dərnəyin sədri Haluk Levent barəsində saxlanılma qərarı verilib. İstintaq orqanları onu toplanmış vəsaitləri şəxsi hesablara köçürməkdə və aktivlər almaqda şübhəli bilir. KİV-in məlumatına görə, mənimsənilən aktivlərin ümumi məbləği təxminən 100 milyon manat təşkil edir. İddialara əsasən, Levent 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb, bunun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib.
Tətbiqimizi yükləyə bilərsiniz