
“ChatGPT” istifadəçilərə bioloji silahların yaradılması üçün addım-addım təlimatlar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“ABŞ hökumətinin məhdudiyyətləri olmadan fəaliyyət göstərən modellər bu cür sorğulara ətraflı cavab verib. Şirkət işçilərinin məlumatına görə, süni intellekt hətta orta məktəb şagirdlərinin belə edə biləcəyi qədər sadə təlimatlar təqdim edib”, - nəşr bildirib.
Qeyd edilib ki, çatbotun imkanlarını artırdıqdan sonra dünyada yüzlərlə istifadəçi bioloji silahların yaradılması və istifadəsi ilə bağlı suallarla ona müraciət etməyə başlayıb. “OpenAI”nin məlumatına görə, bu sorğuların əksəriyyəti zəhərlərin hazırlanması ilə bağlı olub.
WSJ həmçinin bildirib ki, “OpenAI” zəhərlər və bioloji silahların yaradılması ilə bağlı sorğu göndərən istifadəçilərin hesablarını bloklayıb, lakin hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Qeyd edək ki, ABŞ-də süni intellekt (Sİ) şirkətlərindən bu cür sorğuları bildirmələrini tələb edən heç bir federal tələb yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz