Putin Paşinyanla danışdı


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilib.
Söhbətdə həmçinin Ermənistanda Aİ-yə qoşulmaq və ya AİB-in tərkibində qalmaqla bağlı mümkün qədər tez bir zamanda milli referendum keçirilməsinin zəruriliyi vurğulanıb.
“Vladimir Putin 29 may 2026-cı ildə Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin sammitində Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin Ermənistan Respublikasının Avropa İttifaqına qoşulmaq məqsədi ilə etdiyi hərəkətlərlə bağlı qəbul etdiyi birgə bəyanata sadiqliyini bir daha təsdiqləyib”, - Kremlin bəyanatında bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top