“Odisseya”nın pirat variantı paylaşıldı − İki saata iki milyon dəfə izlənildi

nolanın yeni filmindən rekord
Ötən gün sosial şəbəkədə “Odisseya” filminin yüksək keyfiyyətdə tam versiyası yayımlanıb.
Yeniavaz.com
“Variety”yə istinadən xəbər verir ki, film iki saat yarım ərzində 2,1 milyon baxış toplayıb. Viral tvit sonradan silinib və onu paylaşan hesab bloklanıb.
Daha sonra film sosial mediada yenidən paylaşılıb, lakin keyfiyyəti aşağı olub. “The Hollywood Reporter”in məlumatına görə, bu tvit müəllif hüquqları sahibinin tələbi ilə silinməzdən əvvəl təxminən 50.000 baxış toplaya bilib.
Nəşr qeyd edib ki, “X”də “Odisseya”nın bir neçə pirat nüsxəsi hələ də mövcuddur. Bununla belə, filmin tam versiyasını vəd edən, lakin əslində Rik Astli ilə bir klipi göstərən tvitlər daha çox yayılıb.
“Universal Pictures” “Odisseya” filminin sosial mediada sızmasından xəbərdar olduqlarını bildirib:
“Müəllif hüquqlarının pozulmasını ciddi qəbul edirik və məzmunumuzu və əqli mülkiyyət hüquqlarımızı qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyik”, -
Qeyd edək ki, Kristofer Nolanın rejissorluğu ilə çəkilmiş “Odisseya” filmi 16 iyulda dünya miqyasında nümayiş olundu. Homerin eyniadlı epik poeması əsasında çəkilmiş film, Troya müharibəsindən sonra İtaka kralının qayıdışından bəhs edir.
Filmdə Met Deymon Odissey rolunu canlandırır. Filmdə həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Zendaya, Lupita Nyonqo və Şarliz Teron da rol alıblar.

DİGƏR XƏBƏRLƏR

Top