Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır − Gedişhaqqı 1 manat 50 qəpik

bakıdan laçına yeni avtobus reysi açılır
İyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,50 AZN müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top