
Güclü küləyin təsiri nəticəsində daha bir nəfər - 2021-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub:
“Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib”.
TƏBİB-in verdiyi məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar 27 iyul tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb:
“Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb. Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub”.
Tətbiqimizi yükləyə bilərsiniz