
Hakimiyyət orqanları Fransanın cənub-qərbindəki Jironda departamentində baş verən genişmiqyaslı meşə yanğınları ilə əlaqədar ən azı 13 min müəssisəni təxliyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı iqtisadiyyat və maliyyə naziri Roland Leskura istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Jironda departamentində baş verən meşə yanğını artıq 42 min hektar ərazini əhatə edib. Yanğınlarla mübarizə aparmaq üçün departamentə İsveçrədən olanlar da daxil olmaqla 2500 yanğınsöndürmə və xilasetmə heyəti cəlb edilib.
Bildirilib ki, onlara 1500 fransız hərbçisi və 1200 polis kömək edir. Onlar fəlakət zonasında təxliyəni asanlaşdırır və təhlükəsizliyə nəzarət edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz