“Beşiktaş” Salahı bu gün elan edə bilər


“Beşiktaş” misirli hücumçu Məhəmməd Salahın transferini bu gün elan edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə türkiyəli jurnalist Atakan Kurt sosial şəbəkə səhifələrində məlumat yayıb.
Onun sözlərinə görə, klub artıq misirlinin adını daşıyan formaları hazırlayıb və transfer üçün bütün təşkilati hazırlıqları tamamlayıb.
Jurnalist iddia edir ki, rəsmi transfer elanının bu gün veriləcəyi gözlənilir. Daha sonra Salahın hava limanında rəsmi qarşılanma mərasimi, ardınca isə “Beşiktaş” stadionunda müqavilə imzalama mərasimi keçiriləcək.
Digər tərəfdən, Türkiyə KİV “Beşiktaş”ın təcrübəli qanad oyunçusuna iki illik müqavilə təklif etdiyini bildirir. Müqavilənin şərtlərinə illik 15 milyon avro xalis maaş və təxminən 4 milyon avro bonus daxildir. Ulduz oyunçunun bonuslar da daxil olmaqla illik gəliri 20 milyon avroya yaxınlaşır. Ağ-qara klubun Salahın transferi üçün ayırdığı ümumi büdcənin iki il ərzində 40 milyon avronu keçəcəyi gözlənilir. Həmçinin, klub rəhbərliyinin 33 yaşlı oyunçuya cavab vermək üçün 24 saat vaxt verdiyi bildirilir.
Qeyd edk ki, Salah bu yay “Liverpul”dan azad agent kimi ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top