Tramp 2028-ci il seçkilərinə hazırlaşır? – Fotolar


ABŞ Prezidenti Donald Tramp iyulun 27-də “Truth Social” sosial şəbəkə səhifəsində prezident seçkilərində iştirak edəcəyinə işarə edərək, “2028” başlıqlı bir neçə şəkil paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, şəkillərdən birində ABŞ Prezidentinin bayraq fonunda üzərində “Tramp 2028” sözləri və “Amerikanı Yenidən Böyük Et” şüarı yazılmış papaq geyindiyi görünür.
Başqa bir şəkil qorxu filmi afişası kimi stilizə edilib. Belə ki, Tramp qaranlıqda gəzir, şəklin yuxarı hissəsində “Düşmənlərinizə kabuslar yaşadın”, aşağı hissəsində isə “Tramp 2028” yazısı var.
Üçüncü şəkildə isə prezidentin eyni yazılı papağı yuxarı atdığı görünür.
Başqa bir şəkildə onun ABŞ-nin keçmiş prezidenti Co Baydenin çıxışının olduğu televizorun qarşısında dayandığı göstərilir.
Beşinci şəkildə isə o kosmik raket fonunda təsvir olunub və şəklin üzərində “Kosmik Komandir” və “Ulduzlar Arasında Yeni Dövr Başlayır” yazıları yazılıb.


DİGƏR XƏBƏRLƏR

Top