“Arsenal” Vinisiusa klub tarixinin rekord maaşını təklif edir


“Arsenal" rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniora transferi başa çatdırmaq üçün klub tarixində rekord maaş təklif etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, oyunçu hazırda həftədə 400 000 funt sterlinq qazanır və London klubu bu şərtləri yaxşılaşdırmağa hazırdır.
Fevral ayında müqaviləsini uzadan ingilis hücumçu Bukayo Saka hazırda “Arsenal” tarixində ən yüksək maaş alır.
Qəzetin məlumatına görə, onun həftəlik maaşı 365 000 funt sterlinqdir.
Qeyd edək ki, 26 yaşlı Vinisius 2018-ci ilin yayında “Real Madrid”ə qoşulub və onun müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.
Braziliyalı oyunçu komanda ilə müxtəlif yarışlarda 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib. O, komanda ilə üç İspaniya liqası titulunu və İspaniya Super Kubokunu, iki Çempionlar Liqası titulunu, bir UEFA Super Kubokunu, bir FİFA Klublararası Dünya Kubokunu, bir İspaniya Kubokunu və bir Qitələrarası Kuboku qazanıb. “Real Madrid”ə keçməzdən əvvəl o, yetirməsi olduğu “Flamenqo”da oynayıb.
Vinisius Braziliya millisində 54 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib. O, milli komandanı 2021-ci ildə Amerika Kubokunun finalına çıxarıb.
Xatırladaq ki, ötən mövsüm “Arsenal” 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top