Çelikin bu görüntüləri gündəm oldu – Video


Məşhur müğənni Çelikin (Çelik Erişçi) Türkiyədə küçə ticarəti ilə məşğul olmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən kadrlarda müğənninin yol kənarında, piştaxtanın arxasında əyləşərək hamam məhsulları satması əks olunub.
Bu kadrlar sosial mediada yayılıb və müzakirələrə səbəb olub.
Müğənninin özü isə məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, orada əyləşməsi həmin piştaxtanın əsl sahibinə dəstək olmaq məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top