
ABŞ Prezidenti Donald Tramp İranla müharibə üçün üç mümkün variantı nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bunlar hərbi eskalasiya, iqtisadi repressiya (yeni sanksiyaların tətbiqi ilə), həmçinin, ABŞ-nin müharibədə qələbəsini elan etməsi və münaqişədən çıxmasıdır.
Nəşr bildirib ki, bu variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Cey Di Vens, ABŞ hərbi naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn, xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerlə görüşlərdə müzakirə olunub.
Nəşrin məlumatına görə, beş aylıq münaqişədən sonra ABŞ həddindən artıq hərbi gücdən istifadə etməklə İran hökumətini dəyişdirmək də daxil olmaqla, məqsədlərinə çata bilməyib.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ silahlı qüvvələri İran ərazisinə bir neçə zərbə endirib və guya Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq belə bir hücum təşkil edib. Elə həmin gün Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb. 24 iyulda hər iki tərəf hücumlarını dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz