
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan Amerika hərbçilərinin sayı 624-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” qəzeti Pentaqonun məlumatlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon itkilərlə bağlı statistikanı iki dövrə bölüb: hərbi əməliyyatın başladığı 28 fevraldan və eskalasiyanın yeni mərhələsinin başladığı 7 iyuldan.
Qəzetin hərbi mənbələri izah ediblər ki, bu yanaşma ABŞ və İran arasında aprel ayında qüvvədə olan atəşkəslə bağlıdır, son itkilər isə iyul hadisələri ilə bağlıdır.
“New York Times” qəzetinin məlumatına görə, 7 iyuldan bəri 207 amerikalı hərbçi yaralanıb. Münaqişənin başlanğıcından bəri yaralananların ümumi sayı isə 624-ə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz