Türkiyədə AKP nümayəndəsi qəbiristanlıqda güllələndi


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rayon təşkilatı idarə heyətinin üzvü Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk Batmanın Güneykent rayonundakı şəhər qəbiristanlığı ərazisinə silahlı hücum nəticəsində qətlə yetirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, Mehmet Direk, Ercan Direk və Bekir Direk naməlum şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində hər üç şəxs hadisə yerində ölüb. Daha iki nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.
Hadisədən sonra polisin ərazini mühasirəyə aldığı və bütün giriş-çıxışları nəzrətə götürdüyü bildirilir.
Polis həmçinin hadisə yerindən qaçan şübhəli və ya şübhəliləri saxlamaq üçün genişmiqyaslı əməliyyata başlayıb.
İlkin məlumatlara görə, hücum bir qızın iştirakı ilə baş verən və bir nəfərin ölümünə səbəb olan hadisədən sonra davam edən düşmənçilik zəminində baş verib. Hadisə ilə əlaqəsi olduğu güman edilən iki şübhəlinin saxlanılaraq nəzarətə götürüldüyü bildirilir.
“Ətraf ərazilərdən götürülmüş kamera görüntülərinin təhlili, eləcə də hücum edənlərin qaçış marşrutunu müəyyən etmək üçün tədqiqatlar davam edir”, - məlumatda qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top