
2026-cı il FIFA Dünya Kuboku finalının baş hakimi sloveniyalı Slavko Vinçiç karyerasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sloveniya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Vinçiç son dəfə İspaniyanın əlavə vaxtda Argentinanı 1-0 hesabı ilə məğlub etdiyi Dünya Kuboku finalının hakimi olub.
Ümumilikdə isə 46 yaşlı mütəxəssis turnirdə dörd oyun idarə edib.
Qeyd edək ki, Vinçiç 2010-cu ildən bəri FIFA sertifikatlı hakimdir. 2022-ci ildə o, Avropa Liqasının finalında Almaniyanın “Ayntraxt Frankfurt” komandasının Şotlandiyanın “Qlazqo” komandasını məğlub etdiyi (əsas və əlavə vaxtdan sonra 1-1, penaltilərdən sonra 5-4) oyunu idarə edib.
2024-cü ildə isə Vinçiç Çempionlar Liqasının finalında hakimlik edib. Finalda “Real Madrid” “Borussiya Dortmund”u 2-0 hesabı ilə məğlub edərək 15-ci dəfə kuboku qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz