
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 28 min 828,44 ton qarğıdalı idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qarğıdalının ümumi gömrük dəyəri 5 milyon 885,34 min dollar (10 milyon manat) təşkil edib.
Qeyd edək ki, bu il idxal olunan qarğıdalının 1 kiloqramının orta gömrük dəyəri 0,20 dollar (0,35 manat) olub.
Qarğıdalı Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Rusiya – 28 490,61 ton (bir kiloqramın orta gömrük dəyəri 0,34 manat);
Türkiyə – 316,93 ton (1,08 manat);
ABŞ – 20,86 ton (1,39 manat);
Çin – 0,01 ton (35,7 manat);
Tailand – 0,01 ton (23,8 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz