ABŞ İsraildən Qəzza, Livan və Suriyadan qoşunlarını çıxarmasını tələb edir


İsrailin Baş naziri Benyamin Netanyahu kabinet nazirlərinə ABŞ-nin İsrail qoşunlarının Qəzzadan, Livandan və Suriyadan çıxarılmasında israr etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu üç ərazidə İsrail qoşunlarının geri çəkilməsində maraqlı olduğunu qeyd edib. Lakin telekanal bunun qoşunların qismən və ya tam geri çəkilməsi ilə bağlı olub-olmadığı barədə məlumat verməyib.
Bildirilir ki, Netanyahu Amerika administrasiyasının tələblərinə müqavimət göstərmək niyyətində olduğunu bəyan edib.
“Mən onların bu tələblərinə yox deyəcəyəm”, - deyə İsrail Baş naziri bildirib.
Digər tərəfdən, Netanyahu iyulun 26-da keçirilən həftəlik İsrail hökumətinin iclasında, bazar ertəsi günü Amerika lideri Donald Trampla görüşmək və senator Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-yə uçmağı planlaşdırdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top