İran danışıqları qaldığı yerdən bərpa etməyə hazırdır


İran Pakistan rəsmilərinə danışıqlardan çəkilmədiyini, onları dayandırdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bunu “Əl-Hadath” televiziyasına adını açıqlamayan mənbə bildirib.
Məlumata görə, Tehran Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Mənbə bildirib ki, İran danışıqları dayandırıldığı nöqtədən Cenevrə, Doha və ya İslamabadda yenidən başlatmağa hazırdır.
İran həmçinin Pakistan tərəfini Hörmüz boğazında yeni bir dəhliz yaradılmasının qəbuledilməzliyi barədə məlumatlandıraraq, bu həyati əhəmiyyətli su yolunda naviqasiya ilə bağlı mövqeyini bir daha təsdiqləyib.
Mənbə deyir ki, İran əvvəlcə Hörmüz boğazı məsələsi, sonra dondurulmuş vəsaitlər, daha sonra isə nüvə məsələsi ilə bağlı danışıqların bərpasını tələb edir.
Vasitəçilik səyləri ilə tanış olan digər iki mənbə bildirib ki, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana on günlük atəşkəs üçün yeni təklif təqdim ediblər. Təklif iki vacib şərti əhatə edir: hərbi əməliyyatların dayandırılması və qlobal gəmiçilik üçün Hörmüz boğazına girişin bərpası.
Təklif həmçinin Hörmüz boğazının iki gəmiçilik zolağı vasitəsilə hərəkətin tam bərpasını tələb edir ki, Oman sularından keçən cənub marşrutu İran hücumlarından, İran sularından keçən şimal marşrutu isə Amerika dəniz blokadasından azad olsun.
On günlük atəşkəs, anlaşma memorandumunun uğursuzluğa düçar olmasına səbəb olan əsas məsələ olan Hörmüz boğazındakı gəmiçilik böhranına həll yolu tapmaq üçün fürsət yaratmağı hədəfləyir.

DİGƏR XƏBƏRLƏR

Top