Hörmüzdə tanker minaya düşdü


Bazar günü İranla razılaşdırılmamış marşrut üzrə hərəkət edən tanker Hörmüz boğazında minaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Defa Press” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentlik gəminin mənsubiyyətini açıqlamayıb.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İslam Respublikası ərazisinə bir neçə seriya zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Yaxın Şərqdəki Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb. 24 iyulda tərəflər atəşi dayandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top