“Cavabsız qoymayacağıq” − İran Ukraynanı hədələdi


İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hücumunu cavabsız qoymayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Parlamentinin (Məclis) sədr müavini Əli Nikzad bildirib.
“Ölkəmizə və ərazimizə qarşı təcavüz edilən istənilən nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək. Ukrayna hökumətinin hərəkətləri cavabsız qalmayacaq”, - Nikzad deyib.
Xatırladaq ki, şənbə günü İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə zərbə endirdiyini və nəticədə bir heyət üzvünün öldüyünü açıqlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top