
Şənbə günü, 25 iyul tarixində Rostov vilayətində güclü yağış və ildırımla müşayiət olunan güclü fırtına baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rostov-na-Donu meri Aleksandr Skryabin məlumat yayıb.
Bildirilib ki, şiddətli hava şəraiti nəticəsində bir nəfər ölüb. O əlavə edib ki, daha 13 nəfər yaralanıb, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, Rostov-na-Donu da daxil olmaqla ən azı 15 şəhər və rayonda elektrik və su təchizatı problemləri yaranıb. Fırtına onlarla ağacı aşırıb, binalara və avtomobillərə ziyan vurub və küçələrdə daşqın suları yaradıb.
Şimali Qafqaz Dəmir Yolundan (ŞQD) verilən məlumatda deyilir ki, bundan əlavə, Rostov vilayətində 89 qatar gecikib.
Tətbiqimizi yükləyə bilərsiniz