
“Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.
“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir”, - o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz