
Rusiya Kiyevə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat yayıb.
Bildirilib ki, Şevçenkivski, Solomyanski və Desnyanski rayonlarında ziyan dəyib.
Şevçenkivski rayonunda 18 mərtəbəli binaya raketin qalıqları düşüb və 7-ci və 8-ci mərtəbələrdə yanğın baş verib. Solomyanski rayonunda qalıqlar qeyri-yaşayış binasında yanğına səbəb olub. Desnyanski rayonunda avtomobillər və dayanacaqlar yanıb.
Kliçkonun sözlərinə görə, hücum nəticəsində üç Kiyev sakini yaralanıb. Biri xəstəxanaya yerləşdirilib, ikisi isə ambulator müalicə alıb.
Xarkov da 26 iyul gecəsi hücuma məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, Slobidski rayonunda pilotsuz təyyarənin zərbəsi nəticəsində bir nəfər ölüb, ən azı altı nəfər yaralanıb. Yaralananlar arasında iki uşaq da var.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, dronlar istehsal edən “Smart Intelligent Systems” sənaye müəssisəsi və Kiyevin cənub-qərbindəki dron yığımı və saxlama müəssisəsi vurulub.
Tətbiqimizi yükləyə bilərsiniz