
Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Azərbaycana gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, onlar Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəliblər.
Qeyd edilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb.
Güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz