
Berlinin Tirgarten parkının yaxınlığında avtomobil izdihamın üzərinə sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Berlin polisi bu məlumatı təsdiqləyərək şübhəlilərin axtarıldığını bildirib.
Qeyd edilir ki, hadisə zamanı ərazidə “Kristofer Küçəsi Günü” tədbirləri keçirilirdi - bu, 1979-cu ildən bəri Almaniyanın paytaxtında keçirilən Avropanın ən böyük LGBT tədbiridir.
“Bild”in Berlin polisinə istinadən verdiyi məlumata görə, bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz