Trampa görə fikir ayrılığı yarandı – Rusiyaya sanksiya qoyulmadı


Mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə irəli sürülən ikipartiyalı qanun layihəsi ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları tətbiq etmək səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı yaranan mübahisə səbəbindən dalana dirənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Konqresdə Trampla demokratlar arasında gömrük rüsumlarının tətbiqi səlahiyyətləri ətrafında yaşanan fikir ayrılığı Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbuluna ən böyük maneəyə çevrilib və hər iki partiyanın sənədi sürətlə irəli aparmaq planlarını risk altına salıb.
Mübahisənin əsas mövzusu Trampa Rusiyadan böyük həcmdə neft və digər enerji daşıyıcıları alan ölkələrə qarşı 100 faizə qədər gömrük rüsumları tətbiq etmək, həmçinin istədiyi halda bu rüsumları ləğv etmək səlahiyyəti verən müddəadır.
Demokratlar uzun müddətdir ki, prezidentə bu qədər geniş səlahiyyət verilməsinə etiraz edirlər. Respublikaçılar isə hesab edirlər ki, Moskva üzərində təzyiqi artırmaq üçün bu səlahiyyətlər zəruridir.

DİGƏR XƏBƏRLƏR

Top