Paşinyan Makronla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, Makron bir daha Baş nazir Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib və ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Həmsöhbətlər Ermənistan-Fransa strateji tərəfdaşlıq gündəliyi ilə bağlı məsələləri müzakirə edərək, ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf etdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı istəyi bir daha təsdiqləyiblər.
Baş nazir Nikol Paşinyan Fransanın Ermənistanın demokratik islahatlar gündəliyinə davamlı dəstəyinə görə Prezident Makrona təşəkkür edib. Baş nazir həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistanın ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi prosesinə, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlərə toxunulub.
Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi də müzakirə edilib. Hər iki tərəf Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top