“Sick of It All”un solisti Lou Koller vəfat etdi


Amerikalı rok qrupu “Sick of It All”un həmtəsisçisi və solisti Lou Koller dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qrupun İnstaqram səhifəsində məlumat dərc olunub.
“Sevimli dostumuzu və əfsanəvi solistimizi itirdik. Son iki ildə həyatı uğrunda mübarizə apardığı müddətdə Louya özünü xüsusi və sevilən hiss etdirdiniz. Onun mübarizəsi bitdi”, - məlumatda deyilir.
Qeyd edək ki, 60 yaşlı rokçu uzun müddətdir qida borusu xərçəngi ilə mübarizə aparırdı.
Koller ilk dəfə ona qoyulan diaqnozunu 2024-cü ilin iyun ayında açıqlayıb. Bundan sonra rok qrupu Avropada keçirəcəyi silsilə konserləri ləğv etmək məcburiyyətində qalıb. Kimyaterapiya da daxil olmaqla intensiv müalicədən sonra “Sick of It All” qrupunun solisti 2025-ci ilin may ayında tam remissiya elan edib. Lakin xəstəlik sonradan yenidən bədəndə inkişaf edib.
Onu dabildirək ki, “Sick of It All” bu il 40 illik yubileyini qeyd etməli idi.

DİGƏR XƏBƏRLƏR

Top