
İngiltərənin “Mançester Siti” futbol klubu özbək müdafiəçisi Abdukodir Xusanovun müqaviləsini uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oyunçu ilə yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, 22 yaşlı Xusanov 2025-ci ilin yanvar ayından bəri “Mançester Siti”də oynayır. O, komanda ilə birlikdə FA Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. O, İngiltərə komandasında 47 oyun keçirib və bir qol vurub.
Müdafiəçi, həmçinin Özbəkistan millisində 30 oyun, o cümlədən ABŞ, Kanada və Meksikada bu yaxınlarda keçirilən Dünya Kubokunda üç oyun keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz