
Suriyada iki avtobusun iştirakı ilə faciəvi yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com SANA agentliyinə istinadla xəbər verir ki, hadisə Dəməşq-Deyr əz-Zor magistral yolunda, Əl-Suxna və Palmira şəhərləri arasında meydana gəlib.
Belə ki, sərnişinlə dolu avtobuslar toqquşub və nəticədə 35 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.
Müdafiə Nazirliyi yaralıların Homs hərbi hospitalına təxliyəsi üçün bir neçə helikopter göndərib.
Tətbiqimizi yükləyə bilərsiniz