Bakı-Tbilisi qatarı niyə yolda qalıb?


Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya bildirilib.
Qeyd olunub ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Məlumata görə, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb.

DİGƏR XƏBƏRLƏR

Top