
Ukrayna Rusiyanın zərbələrinə cavab olaraq uzaqmənzilli zərbələr endirməyə davam edir.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial media hesabında yazıb.
O bildirib ki, ötən gecə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiyanın müxtəlif bölgələrində müharibəni dəstəkləyən hədəfləri vurublar.
“Növbəti dəfə Kirovdakı, Rusiyanın xalqımıza qarşı istifadə etdiyi silahlar üçün komponentlər istehsal edən zavoda zərbə endirilib. Bu obyekt Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşir. Bundan başqa, Tümendə neft emalı zavodu, Yekaterinburqda logistika obyekti və Rostov-na-Donuda yanacaq-sürtkü materialları anbarı vurulub. Xəzər dənizində həyata keçirilən uzaqmənzilli zərbələr də ciddi nəticələr verib. Belə ki, İranın iştirakı ilə hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər, eləcə də bir hərbi gəmi hədəfə alınıb”, - deyə Ukrayna Prezidenti bildirib.
O əməliyyatlar və onların nəticələrini əks etdirən kadrları da paylaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz