“İranın az sayda dronu qalıb, razılaşma əldə etmək istəyirlər” – Tramp


“İran razılaşma əldə etmək istəyir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.
“Düşünmürəm ki, indi bunu etmək üçün ən yaxşı vaxtdır, amma qulaq asmağa hazıram”, - deyə ABŞ lideri bildirib.
O, həmçinin qeyd edib ki, İranın çox az sayda dronu qalıb:
“Zaman zaman onlar nəsə buraxırlar, amma çox az sayda dronları var”.
Qeyd edək ki, ABŞ-İran münaqişəsi iyulun 8-dən etibarən ABŞ-nin İrana hücumları nəticəsində yenidən intensiv hal alıb. Belə ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə zərbə endiriblər.
ABŞ bu zərbələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq etdiyini açıqlayıb. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top