Bəhreyn və Küveyt İrana gizli hücumlar həyata keçiriblər – WSJ


Bəhreyn və Küveyt döyüş təyyarələri ilə bu ayın əvvəlində İrana gizli hücumlar həyata keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
“Bu onların Tehrana qarşı ilk birbaşa hücumu olub və müharibə davam etdikcə ərəb dövlətlərinin düşdüyü çətin vəziyyətə dəlalət edir”, -nəşr yazır.
Bəzi mənbələrə görə, hücum zamanı pilotsuz təyyarə və raket anbarları, eləcə də digər hərbi obyektlər hədəfə alınıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müharibənin əvvəlində İrana dəfələrlə zərbələr endirib, hədəflər barədə kəşfiyyat məlumatları verib və zərbələr üçün havadan müdafiə təmin edib.
Bildirilir ki, bu hal ərəb ölkələrinin İranla qarşıdurmada əməkdaşlıq etdiyini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top