Şəmkirdə 16 yaşlı qız 12 yaşlı bacısını qətlə yetirməkdə ittiham olunur


Ötən gün – iyulun 24-də Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın valideynləri onun itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra qız öz həyətyanı sahələrində yaralanmış şəkildə tapılıb.
TƏBİB-dən isə bildirilib ki, iyulun 24-ü saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində mərhumun qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top