Rusiya ödəniş sistemi Azərbaycana onlayn ödənişləri dayandırır


Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya əleyhinə 21-ci sanksiya paketinin qəbul edilməsindən sonra Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.
Yeniavaz.com
 xəbər verir ki, sistemin rəsmi saytında Rusiyadan onlayn köçürmələr üçün mövcud olan ölkələrin siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.
Qeyd edək ki, Aİ sanksiyaları “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan Ödəniş Mərkəzinə də tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top