Məşhur həbsxana rəisinin dünyasını dəyişdiyi bildirilir


Uzun illər ədliyyə orqanlarında çalışmış Elxan Sadıqovun vəfat etdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Sadıqov Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışıb. 20 ilə yaxın müddətdə Bakı İstintaq Təcridxanasının rəisi olub. 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top