
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətləri Kərim Xanın baş prokuror vəzifəsindən uzaqlaşdırılması üçün səs veriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 125 ölkədən 82-si Xanın vəzifədən uzaqlaşdırılmasının lehinə səs verib. “Hə” deyənlərin siyahısı təqdim edilməyib.
BCM prokurorunun vəzifədən uzaqlaşdırılmasının səbəbi cinsi təcavüz iddiaları olub. Xan bu iddiaları rədd edir.
Xatırladaq ki, 2023-cü ildə BCM, Xanın tələbi ilə Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova üçün Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etmək ittihamı ilə həbs qərarı verib. 2024-cü ilin noyabr ayında Xan həmçinin Qəzza zolağında müharibə cinayətlərində ittiham etdiyi İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün də həbs qərarı verib. 2024-cü ilin oktyabr ayında Xana qarşı cinsi təcavüz iddiaları ortaya çıxıb.
Tətbiqimizi yükləyə bilərsiniz