
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz