“Əminəm ki, Çin və Rusiya İrana silahla kömək etmir” − Tramp


ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İrana hərbi dəstək vermədiyinə əmindir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında İran ətrafındakı vəziyyəti şərh edərkən yazıb.
“Buna görə də, insanların İran kontekstində tez-tez xatırlatdığı iki böyük ölkə, mənim fikrimcə, Tehrana hərbi dəstək vermir. Əgər belə etsəydilər, bu, onlar üçün çox pis olardı. Bu, əlbəttə ki, onların maraqlarına uyğun olmazdı”, - Tramp yazıb.
Onun sözlərinə görə, Çin prezidenti Si Cinpin ona heç bir halda İran İslam Respublikasına silahın verilməsinə və ya satışına razılıq verməyəcəyinə söz verib:
“Və bu açıqlama Çin şirkətlərinə də aiddir. Mən də ona böyük bir yaxşılıq edirəm. Eynilə, Rusiya Prezidenti Vladimir Putin, Ukraynadakı dəhşətli müharibəyə baxmayaraq, mənə dedi ki, İrana silah satmayacaq. Rusiya və Amerika liderləri arasındakı münasibətlər, Ukrayna Prezidenti Volodimir Zelenski ilə olduğu kimi, dəyişməz olaraq qalır. O (Putin - red.) mənim silahı Ukraynaya deyil, NATO ölkələrinə satdığımı başa düşür. Onlar tam qiyməti ödəyirlər və bu silahların necə paylandığından xəbərim yoxdur”.
 

DİGƏR XƏBƏRLƏR

Top