
Yer kürəsində minimal intensivlikdə (G1) maqnit fırtınası başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, bu, iyul ayında baş verən ikinci belə fırtınadır.
Qeyd edilib ki, maqnit fırtınası gecə saatlarında başlayıb.
Alimlər əlavə ediblər ki, onun intensivliyi G1 (zəif fırtına) kimi qiymətləndirilir.
Bundan əlavə, Günəş Astronomiya Laboratoriyası yayın ilk iki ayında cari də daxil olmaqla, yalnız beş geomaqnit hadisəsinin qeydə alındığını qeyd edib.
Əvvəlki maqnit fırtınası, G3 (güclü) fırtına, 4 iyulda başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz