Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum – 14 nəfər həlak oldu


Pakistanın şimal-qərbində nəzarət-buraxılış məntəqəsinə kamikadze hücumu nəticəsində ən azı 14 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Pakistanın təhlükəsizlik xidmətlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Tank rayonunda baş verib. Belə ki, bir avtomobil yüksək sürətlə nəzarət-buraxılış məntəqəsinə çırpılıb və güclü partlayış baş verib. Nəticədə obyekt tamamilə dağılıb.
Ölənlər arasında doqquz hərbçi, dörd polis məmuru və bir meşə təsərrüfatı rəsmisi olub. Ən azı 24 nəfər yaralanıb, onların əksəriyyəti hərbçilərdir. Yaralılar xəstəxanalara aparılıb.
Xilasetmə xidmətləri dağıntıları təmizləməyə davam edir və dağıntılarda daha üç hərbçinin olduğu güman edilir.
Partlayışdan sonra təhlükəsizlik qüvvələri üç yaraqlını öldürüb.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top