
Donald Tramp Dünya Kubokunun finalından sonra Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə müsahibə verərkən ondan bir neçə metr məsafədə görünən tünd rəngli kostyumlu şəxsin kimliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, fotoşəkilin sosial şəbəkələrdə yayılması ilə onun Trampın dublyoru olduğu barədə iddialar ortaya çıxıb.
Buna səbəb onun bədən quruluşunun eyni ilə Trampı xatırlatması olub. Nəticədə, bu, sosial şəbəkələrdə Trampa qarşı sui-qəsd nəzəriyyələrinin yayılması ilə nəticələnib.
Ancaq qısa bir vaxtda sirli şəxsin kim olduğu məlum olub. Belə ki, fotoşəkildəki şəxsin ABŞ-nin birinci xanımı Melaniya Trampın atası və Prezidentin qayınatası Viktor Knavs olduğu müəyyən edilib.
O, Dünya Kubokunun finalında qonaq kimi iştirak edib və matçdan sonra mətbuat konfransı zamanı Donald Trampın yanında dayanıb.
Fiziki oxşarlıq Knavsın yaşı ilə də izah olunur. Belə ki, Kvans kürəkənindən cəmi iki yaş böyükdür. Buna görə də, müəyyən bucaqlardan, xüsusən də arxadan və ya uzaqdan çəkildikdə, onların siluetləri həqiqətən də oxşar görünür.
Qeyd edək ki, Viktor Knavs Sloveniyada anadan olub. O və həyat yoldaşı Amaliya 2019-cu ildə ABŞ vətəndaşlığını alıblar. Son illərdə Knavs tez-tez qızı və ailəsi ilə birlikdə ictimai tədbirlərdə iştirak edir. Buna görə də, onun Dünya Kuboku finalında iştirakı qeyri-adi hal deyil.
Tətbiqimizi yükləyə bilərsiniz