
ABŞ müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır. “AP” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp qərar verib. Məlumata əsasən, ABŞ-a getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) vizaların verilməsi müvəqqəti olaraq dayandırılacaq. Suriyadan olan qaçqınların qəbulu tamamilə dayandırıla bilər. 2016-cı ildə ABŞ 85 min qaçqın qəbul edib, onların arasında 12,5 min suriyalı olub. Qeyd edək ki, D.Tramp seçkiqabağı kampaniya zamanı immiqrasiya və qaçqın qəbulunu sərtləşdirməyə söz vermişdi.APA
Tətbiqimizi yükləyə bilərsiniz