SEPAH Küveytdə ABŞ-yə məxsus üç sursat anbarını məhv etdi


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki üç ABŞ hərbi sursat anbarının məhv edildiyini və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirildiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Cavab zərbələrinin 27-ci mərhələsi zamanı qırıcılar Küveytin Əl-Udeyri şəhərində yerləşən Amerika bazasındakı üç sursat və avadanlıq anbarına zərbə endirərək onları yandırıb və məhv edib. Eyni zamanda, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının müşahidə qülləsinə də zərbə endirilib. Zərbə nəticəsində qülləyə ciddi ziyan dəyib”, - mətbuat xidməti bildirib.
Digər tərəfdən, SEPAH Yaxın Şərq ölkələrinin sakinlərini ölkələrində yerləşən ABŞ hərbi bazalarından ən azı 500 metr uzaqlaşmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top