
ABŞ-nin zərbələrinin bərpasından sonra İranda ölənlərin sayı 55-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kermanpur sosial şəbəkə hesabında məlumat yayıb.
O qeyd edib ki, ABŞ-nin hava hücumları başlayandan bəri 629 nəfər yaralanıb.
Kermanpurun sözlərinə görə, ölənlər arasında altı qadın və üç uşaq var.
Səhiyyə Nazirliyinin nümayəndəsi yekun olaraq bildirib ki, hələ də xəstəxanalarda 36 nəfərin müalicəsi davam edir.
Qeyd edəl ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Tehranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edib və İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.
Tətbiqimizi yükləyə bilərsiniz